Azərbaycanın Zuckerberqi, yoxsa Təhsil Nazirliyin sevimlisi? – Ülvi Aslanovun “karyera kodu”…backend
Manşet
660

Azərbaycanın Zuckerberqi, yoxsa Təhsil Nazirliyin sevimlisi? – Ülvi Aslanovun “karyera kodu”…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi xüsusi rol oynamalıdır”. Prezident İlham Əliyevin bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsi zamanı səsləndirdiyi bu fikirlər özünü yenilikçi, novator, müasir hesab edən yeni kadrlar üçün mesaj kimi qiymətləndirilə bilər.

2018-ci ilin prezident seçkilərindən sonra inaqurasiya çıxışı zamanı Prezident İlham Əliyev bəyan etdi ki, daha heç nə əvvəlki kimi olmayacaq. Ötən dörd il ərzində ölkəboyu həyata keçirilən instusional islahatlar, 44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi tarixi Zəfər, vəzifəyə şəxsi status və qazanc mənbəyi kimi baxan məmurların yola salınması, idarəetməyə yeni nəfəs gətirilməsi cəmiyyətdə böyük rəğbətlə qarşılandı. Nəhayət dövlət satınalmaları zamanı ədalətsizliyin aradan qalxacağına, tenderlərin şəffaf keçiriləcəyinə, özəl sektorun tərəqqisinə, məmurlara arxalanan biznes subyektlərinin çökəcəyinə ciddi ümidlər yarandı.

Lakin nə qədər acı olsa da, bir çox sahələrdə vəziyyət olduğu kimi qaldı. Köhnələrin gedişi yalnız şəxslərin dəyişməsi şəklində özünü göstərdi ki, bu da öz növbəsində köhnə ənənələrin davam etməsinə şərait yaratdı. Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirliklərinin və digər qurumların fəaliyyəti ilə bağlı ortaya çıxan narazılıqlar, davamlı şikayətlər bunun bariz nümunəsidir.

Təhsil Nazirliyinin neqativ fəaliyyətindən bəhs edərkən bu qurumdan dəstək alan şirkətlərin fəaliyyəti də diqqətdən yayınmır. Nə qədər qəribə olsa da, nazirliyin dəstəyilə böyük layihələr həyata kçeirdiyini iddia edən şirkətlərin özündə ciddi problemlər mövcuddur. Belə qurumlardan biri də “Code Academy”dir.

2015-ci ildə fəaliyyətə başlayan “Code Academy” iddia edir ki, yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Təkbətək görüş əsasında karyera məsləhəti verdiyini, seminarlar təşkil etdiyini, şəxsi portfolio-nun təşkilinə dəstək olduğunu, CV-nin hazırlanma mərhələsində köməklik göstərdiyini, şirkətlər (rəhbərlər və HR mütəxəssisləri) ilə əlaqələr qurduğunu və bununla da fərdi inkişafa zəmin hazırladığını, İT biliklər verdiyini iddia edən şirkətin rəhbərinin özünün diplomu yoxdur. Ölkədə onminlərlə ali təhsilli gəncin işsiz qaldığı, karyera böhranı keçirdiyi bir dövrdə elementar universitet diplomu əldə edə bilməyən birinin sahib olduğu şirkətə Təhsil Nazirliyinin qucaq açması, əsas tərəfdaşlarından birinə çevrilməsi böyük və haqlı suallar doğurur. Doğrudanmı təhsil göstəriciləri Təhsil Nazirliyi üçün əhəmiyyət kəsb etmir? Yoxsa Aslanovun Nazirliyin imtina edə bilməyəcəyi fövqəladə xüsusiyyətləri var?

Hokm.az-a daxil olan məlumata görə, “Code Academy” təsisçisi və direktoru Ülvi Aslanovun universitet diplomu yoxdur. Halbuki onun rəhbəri olduğu təhsil şirkəti hər il yüzlərlə məzun hazırladığını iddia edir. Hər ay Təhsil Nazirliyindən yüzminlərlə qrant alır və nazirliyin xarici təhsil üzrə ekspertidir. İddialara görə, Aslanovun bu məharəti hələ gənc yaşlarından formalaşmağa başlayıb və birinci kursda oxuyan zaman (Sonradan təhsilini başa vura bilməyib) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində şöbə müdiri vəzifəsinə qədər yüksəlməyi bacarıb.

“Özündən aşağı səviyyədə oxuyan sinif və ya qrup yoldaşlarına qiymət ver, çünki bir gün onlar sənən rəhbərlik edəcəklər” fikrini Azərbaycanda əyani olaraq təsdiq edən, bu kəlamın qüdrətini artıran, təsdiq edən şəxslərdən biri də Ülvi Aslanovdur. Bu məqamda qeyd edək ki, dünyada ali təhsili olmayıb, uğur qazanan insanlar az olmayıb. Elə uzağa getməyək, biri elə Feysbukun yaradıcısı Mark Zuckerberq. Amma Ülvi Aslanovdan fərqli olaraq Mark Zuckerberq Amerikanın Təhsil Nazirliyindən dəstək alıb, ayaqda qalmırdı. Bizim Mark Zuckerberqimiz” isə hansısa Əmrullayevin “daydaylığı” ilə özünə mövqe qazanmağı bacarıb. Özü də başqalarının haqqına girmək və inzibati resurslar hesabına…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Hokm.az

Maden50. Yıl Andacı Bölüm 4 – MADENCİLİK FAKÜLTESİ. Səhifə 286  https://madencilikrehberi.files.wordpress.com/2012/03/odtc3bc-maden-50-yc4b1l-andacc4b1-4.pdf