Azərbaycanla BƏƏ arasında fond bazarının inkişafına dair əməkdaşlıq müzakirə edilibbackend
Bank

Azərbaycanla BƏƏ arasında fond bazarının inkişafına dair əməkdaşlıq müzakirə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında fond bazarının inkişafına dair əməkdaşlığın gücləndirilməsi müzakirə edilib.

Məlumata görə, bu, Mərkəzi Bankın sədri Taleh Kazımovun Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Əbu-Dabi Qiymətli Kağızlar Birjasında olduğu zaman baş tutub.

Görüş zamanı Birja ilə tanışlıq çərçivəsində təqdimat keçirilib və fəaliyyət istiqamətləri üzrə məlumat təqdim olunub.

Qeyd olunub ki, görüş hər iki ölkənin kapital bazarlarının inkişafının dəstəklənməsi məqsədilə qarşılıqlı əlaqələrin və potensial əməkdaşlığın daha da gücləndirilməsi imkanları ətrafında fikir mübadiləsi ilə davam edib.

// APress.az