Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 32% artıbbackend
İqtisadiyyat

Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 32% artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar ayında Azərbaycanla Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında 556,4 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları baş tutub.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 134,8 milyon ABŞ dolları və ya 32% çoxdur.

Dövr ərzində Azərbaycan MDB ölkələrindən 436,2 milyon ABŞ dolları dəyərində mallar idxal, 120,2 milyon dollarlıq isə ixrac edib.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5 milyard 90,8 milyon ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 104,7 milyon ABŞ dolları və ya 70,5% çoxdur.

Ötən ay ticarət dövriyyəsinin 3 milyard 38 min dolları ixracın, 2 milyard 52 milyon dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 1 milyard 195 milyon dollar (64,8%) və 910 milyon dollar (79,7%) çoxdur.

Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya 40,7% çoxdur.

// APress.az