Azərbaycanla Somali neft-qaz sahəsində əməkdaşlığa dair sənəd imzalayıbbackend
İqtisadiyyat

Azərbaycanla Somali neft-qaz sahəsində əməkdaşlığa dair sənəd imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında neft və qaz sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu imzalanıb.

Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.”Somali Federativ Respublikasının neft və mineral ehtiyatlar naziri Dahir Shire Mohamed ilə enerji tərəfdaşlığının qurulması üçün imkanları dəyərləndirdik. “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında neft və qaz sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu imzaladıq. Bu sənəd, neft və qaz layihələri sahəsində Azərbaycanın zəngin təcrübəsindən faydalanmaqla əməkdaşlığın inkişafı üçün mühüm bir addımdır”, – paylaşımda qeyd olunur.

// APress.az