Bu ilin yanvar ayında Azərbaycanla Xorvatiya arasında ticarət əməliyyatlarının həcmi 188,9 milyon ABŞ dolları təşkil edib.
Məlumata görə, bu, 2024-cü ilin yanvar ayındakı göstərici ilə müqayisədə 188,3 milyon ABŞ dolları və ya 295 dəfə çoxdur.
Hesabat dövründə Xorvatiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 3,71%-i həcmində olub.
Cari ilin yanvarında Azərbaycandan Xorvatiyaya 188,2 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. 2024-cü il üzrə isə Azərbaycandan bu ölkəyə ixrac əməliyyatları qeydə alınmamışdı. Hesabat dövrü ərzində Xorvatiyaya ixrac əməliyyatları Azərbaycanın ümumi ixracının 6,19%-ni təşkil edib.
Bu ilin yanvar ayında Xorvatiyadan Azərbaycana 705 min ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 66 min manat və ya 10,3% artım deməkdir.
// APress.az