“Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Yaşıl Zonada çıxış edəcəkbackend
Cəmiyyət
251

“Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Yaşıl Zonada çıxış edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COP29-un Dayanıqlı İnkişaf tərəfdaşı “Azərsun Holdinq” layihə çərçivəsində artıq bir neçə gündür ki, Yaşıl Zonadakı pavilyonunda süni intellekt, təkrar emal və sağlam həyatla bağlı bir sıra təqdimatlar və seminarlar keçirir.

Görüşlərdə media nümayəndələri və müxtəlif şirkət əməkdaşları iştirak edir, mövzularla bağlı müzakirələr aparılır.

Bundan əlavə, yanaşı şirkətlər qrupu Yaşıl Zonada keçirilən qlobal panel müzakirələrinə qoşulur. Belə ki, 15 noyabr tarixində saat 10:00-11:00 aralığında Yaşıl zona Enerji zalında keçiriləcək “Keçidin gücləndirilməsi: Gələcəyin enerjisini bugündən maliyyələşdirmək” adlı panel müzakirəsində “Azərsun Holdinqin” idarə heyətinin üzvü Savaş Uzanın çıxışı olacaq.

Qeyd edək ki, 1991-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Azərsun Holdinq” dayanıqlı inkişafın təminatı üçün illərdir müxtəlif layihələr həyata keçirir. Bunun nəticəsidir ki, ölkəmizdə keçirilən dünya əhəmiyyətli, beynəlxalq layihə olan COP29-un Dayanıqlı İnkişaf tərəfdaşı olaraq çıxış edir.