“Bacardığınız qədər tez peyvənd olunun!” – Əməkdar artistdən çağırışbackend
Şou
6651

“Bacardığınız qədər tez peyvənd olunun!” – Əməkdar artistdən çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bacardığınız qədər tez peyvənd olunun. İnternetdə yayılan miflərə, yalan məlumatlara inanmayın”.

Sfera.az bildirir ki, bunu Əməkdar artist Mehriban Xanlarova deyib. O qeyd edib ki, peyvənd virusa yoluxduqdan sonra, ağırlaşmanın qarşısını alan ən effektiv üsuldur:
“Dünyada inkişaf etmiş bütün ölkələrdə, əhalinin çox hissəsi peyvənd olunub. Cahil insanların psixologiyasına tabe olmayın. Çip, sonsuzluq, zombi və sair kimi miflər ancaq geridə qalmış cəmiyyətlərdə yayılır. Onsuz da təcili yardım xidməti normal işləmir.
Xalq artisti Zümrüd Məmmədovanın bacısı koronavirusa yoluxmuşdu. Zümrüd xanım açıqlama verdi ki, təcili yardıma dəfələrlə zəng etsələr də, “gəlirik” deyib, gəlməyiblər. İndi təsəvvür edin ki, Xalq artistinin ailəsinə qarşı bu cür məsuliyyətsiz davranırlarsa, sıravi vətəndaşların probleminə necə yanaşırlar?!”.
Aktrisa öz ailəsindən də nümunə çəkib:
“Qardaşımın həyat yoldaşı koronavirusa yoluxmuşdu və peyvənd olunmadığı üçün çox ağır keçirərək dünyasını dəyişdi. Kim COVİD-19 virusunun olduğuna inanmırsa, xəstəxanalara gedib öz gözü ilə bu xəstəliyə yoluxanların hansı əziyyəti çəkdiklərini görə bilər.
Çox təəssüf ki, dövlət xəstəxanalarında pullu müalicələr mövcuddur, reanimasiya şöbələri dolur, ora gedənlərin hamısı effektiv müalicə ala bilmirlər. Ona görə özünüzü qoruyun və peyvənd olunun. Hansı peyvəndi vurdurmaq istəyirsinizsə, araşdırın və özünüz qərar verin”.