“Bağırov” körpüsündə son vəziyyətbackend
Cəmiyyət
315

“Bağırov” körpüsündə son vəziyyət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarından etibarən bəzi KİV-lərdə Bakı şəhərində yağan güclü yağışlar səbəbindən Heydər Əliyev prospektində yerləşən “Bağırov” körpüsünü yenidən su basması məlumatı yayılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Apress.az-a verilən xəbərə görə, səhər saatlarından etibarən aidiyyatı qurumların birgə əlaqəli fəaliyyəti nəticəsində Heydər Əliyev prospektində yerləşən “Bağırov” körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb.

Körpüyə aid su nasosları adi rejimdə işləyir, bura əlavə texnika və işçi qüvvəsi cəlb edilib.

Paytaxda riskli ərazilərdə yerləşən digər körpü və keçidlər də nəzarətdə saxlanılır.