Bakı daha bir sərgiyə ev sahibliyi edəcəkbackend
Gündəm
568

Bakı daha bir sərgiyə ev sahibliyi edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda “Türk Dünyası Təhsil Sərgisi” keçiriləcək. İyunun 22-də saat 10:00-da  “Baku Marriott Hotel Boulevard”da başlayacaq sərgidə iştirak ödənişsizdir və sərgiyə qatılmaq istəyənlər öncədən qeydiyyatdan keçməlidirlər.

Tədbirin təşkilatçısı “Ceo Fair” şirkətindən verilən məlumata görə, sərgidə əsas məqsəd türk dünyasının perspektivli universitetlərini bir araya gətirmək, onların arasında faydalı və qarşılıqlı əməkdaşlığı gücləndirmək və həmin universitetlərin yerli iştirakçılar arasında daha da tanınmasına şərait yaratmaqdır: “Sərgidə türk dövlətlərinin nüfuzlu universitetləri və xaricdə təhsil şirkətləri iştirak edəcəklər. İştirakçılar təhsil karyerasına bələdçilik edəcəcək müəssisələrlə birbaşa dialoq imkanından bəhrələnə biləcəklər. Sərgi iştirakçıları üçün populyar universitetlər tərəfindən seminar təşkil olunacaq. Tədbir çərçivəsində keçirilən yarışmanın qalibləri isə müxtəlif hədiyyələr qazanacaqlar. Qaliblərə 6 şanslı bilet, 2 ədəd notbuk, 2 ədəd planşet və 2 ədəd smartfon təqdim ediləcək” – “Ceo Fair” şirkətindən bildirilib.