Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı işlər yekun mərhələdədir və xətt bu il istismara veriləcək.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili bildirib.
Onun sözlərinə görə, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə keçirdiyi görüşdə BTQ infrastrukturunu idarə edəcək birgə müəssisənin yaradılması məsələsi də müzakirə olunub.
L.Davitaşvili qeyd edib ki, birgə müəssisə dəmir yolu xəttinə daha çox yük cəlb etməyə imkan verəcək.
Nazirlərin görüşündə Gürcüstan və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələləri, əsas istiqamətlər, gələcək prioritetlər və həyata keçirilən layihələrin müzakirəsi aparılıb. Tərəflər Orta Dəhlizin artan rolu, onun rəqabət qabiliyyətinin artırılması və əlavə yüklərin cəlb edilməsi istiqamətində həyata keçirilən tədbirlərə xüsusi diqqət yetiriblər.
// APress.az