Bakıda arvadını öldürən hakimin məhkəməsi başladı-Əhmədovu nə gözləyir?backend
Cəmiyyət
359

Bakıda arvadını öldürən hakimin məhkəməsi başladıƏhmədovu nə gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Sabunçu rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APress.az xəbər verir ki, işə hakim Telman Hüseynovun sədrliyi ilə baxılıb.
Hazırlıq iclası zərərçəkmiş tərəfin hüquqi varisi olmadan keçirilib.

Prosesdə Fəqan Əhmədovun anket məlumatları dəqiqləşdirilib.

Daha sonra dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxs barəsindəki həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılaraq, cinayət işi məhkəmə baxışına verilməsini istəyib.

Fəqan Əhmədov və vəkilləri prokurorun çıxışına etiraz etməyib və hər hansı vəsatət verməyiblər.
Daha sonra məhkəmə müşavirəyə yollanıb. Müşavirədən qayıtdıqdan sonra məhkəmə təqsirləndirilən şəxs barəsindəki həbs qətimkan tədbirini dəyişdirmədən saxlamaqla işi məhkəmə baxışına qəbul edib.

Baxış iclası avqustun 26-a təyin olunub.

Bakı sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, istintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 2021-ci il mayın 30-da saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.