Prezident İlham Əliyev çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.Sərəncamla müvafiq şəhər və rayon icra hakimiyyətlərinə 9 milyon 940 min manat vəsait ayrılıb.
Sənədə əsasən, Bakıda liftlərin dəyişdirilməsinə 7 milyon manat vəsait ayrılıb.
Sumqayıtda bu məqsədlərdən ötrü 1 milyon 491 min (30 lift), Naxçıvanda546 min (11 lift) Gəncədə497 min manat (10 lift), Xırdalan248 min manat (5 lift), Qazaxda99,4 min manat (2 lift), Bərdə49,7 min manat (1 lift) ayrılıb.
// APress.az