Bakıda daha bir müəllim koronavirusdan ÖLDÜbackend
Cəmiyyət
440

Bakıda daha bir müəllim koronavirusdan ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda daha bir müəllim koronavirusun qurbanı olub.

 

Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 270 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Gülzar Heydər qızı Həsənova koronavirusa yoluxma nəticəsində həyatını itirib.

 

Sfera.az “Hövsan- Hövsan” səhifəsində istinadən xəbər verir ki, Gülzar Həsənova 1956 – cı ildə Bakı şəhərində anadan olub.

 

Ailəlidir, 3 övladı var. 1984 –cü ildən 270 saylı orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışıb.

 

Xatırladaq ki, ötən gün iki müəllim koronavirusdan dünyasını dəyişib. Zəngilan rayon 26 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Əfşan Hilal qızı Bəşirova və AMEA Tarix İnstitutunun “Azərbaycanın yeni tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Polad Rəsul oğlu Xəlilov koronavirus infeksiyasından vəfat ediblər.

 

(bizim.media)