Bakıda bu binaların təmirinə 48 milyon xərclənəcəkbackend
İqtisadiyyat

Bakıda bu binaların təmirinə 48 milyon xərclənəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət mənzil fonduna aid binaların təmirinə başlanılacaq.

Bununla bağlı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC iki tender elan edib.

Birinci müqavilədə Bakı şəhərinin, Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satın alınması nəzərdə tutulur. Müqavilənin məbləği isə 24,5 milyon manatdır.

Digər müqavilə üzrə isə Bakı şəhərinin, Nəsimi, Yasamal, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satın alınması nəzərdə tutulur. Bu müqavilənin ehtimal olunan qiyməti 24 milyon manatdır.

// APress.az