Bakıda ər-arvad peyvənd olunmaq üçün poliklinikanın şüşəsini sındırdıbackend
Cəmiyyət
305

Bakıda ər-arvad peyvənd olunmaq üçün poliklinikanın şüşəsini sındırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyi Bakıda vaksin olunmaq istəyən vətəndaşın poliklinikanın qapısının şüşəsini sındırması ilə bağlı açıqlama verib.

Nazirliyin Mətbuat xidmətindən APress.az-a bildirilib ki, hadisə avqustun 31-də axşam saat 18:40 radələrində baş verib.

“Növbədə dayanan vətəndaşlardan bir neçəsi sosial məsafənin qorunması üçün növbəli şəkildə tibb müəssisəsindən içəri buraxılır və qapı bağlanır. Həmin şəxs və həyat yoldaşı poliklinikanın qapısını sındıraraq içəri daxil olub və 3 həkimə xəsarət yetirib. Faktla bağlı artıq hüquq mühafizə orqanlarına rəsmi müraciət olunub”, – məlumatda qeyd edilib.