Bakı şəhəri ərazisində məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyü təmir olunacaq.
Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti yeni tender elan edib.
Tender Bakı şəhəri ərazisində məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satın alınması ilə bağlıdır.
Həmçinin oxu: “Bakı Şəhər Əsaslı Tikinti və Təmir”in 5 gündə tenderlərə ayırdığı məbləğ 100 mln. manatı keçdi
09 aprel 2025-ci il saat 15:00-a qədər davam edəcək tenderin ehtimal olunan qiyməti 2.545.995,29 AZN-dir.
// APress.az