“Barselona” Serxio Aquero ilə anlaşdıbackend
İdman
304

“Barselona” Serxio Aquero ilə anlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İngiltərə “Mançester Siti”sindən ayrılacağı dəqiqləşən Serxio Aqueronun yeni klubu bəlli olub.
APress.az  “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu İspaniya “Barselona”sı ilə anlaşıb.
Argentinalı oyunçunun transferi “Mançester Siti” və “Çelsi” komandaları arasında keçiriləcək Çempionlar Liqasının finalından sonra açıqlanacaq. Oyun mayın 29-da Portuqaliyanın Portu şəhərindəki “Draqau” stadionunda olacaq.
Aquero Kataloniya təmsilçisi azad agent kimi keçəcək.
Qeyd edək ki, Serxio Aquero 2011-ci ildən “Mançester Siti”də çıxış edir. Onun müqaviləsi mövsümün sonunda başa çatır.