Benzinin qiyməti niyə bahalaşdı? – AÇIQLAMAbackend
İqtisadiyyat
303

Benzinin qiyməti niyə bahalaşdı? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bu gündən benzinin qiymətində dəyişiklik edilib. Belə ki,  “Aİ-95” markalı benzinin qiyməti bahalaşaraq 1.40 manat olub.

Bəs görəsən bu bahalaşmanın səbəbi nədir? Mövzu ilə bağlı APress.az-ın suallarını iqtisadçı Rəşad Həsənov cavablayıb. İqtisadçı bildirib ki, qiyməti bahalaşan 95 və 98 oktanlı benzin növləri idxal olunan benzindir: “Dünya bazarında son 6 ay ərzində neftin qiyməti 75 faizədək artım qeydə alınıb. Bu da dünya bazarında benzinin maya dəyərinin bahalaşmasına səbəb olub. Əvvəlki dövrlə müqayisədə indi həmin məhsulların idxalı əvvəlki dövrlə müqayisədə daha baha başa gəlir.

Digər bir səbəb isə bu markalı yanacağı Azərbaycana idxal edən müəssisələrin monopolist mövqeyidir. Çünki yanacağın bu növünü Azərbaycana SOCAR gətirir. Yəni ölkədə inhisarçı qiymətlərin tətbiqi üçün geniş imkanlar var. Yaxşı olar ki, hökumət bazar iştirakçılarının sayının artması istiqamətində müəyyən təşəbbüs ortaya qoysun. Bazar iştirakçılarının sayının artması bazarda qiymət optimallığını təmin edə bilər”.