Bərdədə narkotik satan şəxs saxlanılıbbackend
Cəmiyyət
32

Bərdədə narkotik satan şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağdam rayon sakini Nicat Həsənov avtomobil idarə edərkən saxlanılaraq RPŞ-yə gətirilib.

Onun üzərinə və avtomobilə keçirilən baxış zamanı ümumilikdə 5 büküm heroin və marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.