Dünyanın aparıcı kriptovalyutası – bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb.
APress.az xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb.
Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 5,27 % artaraq 2 469 dollar olub. İlk onluqda qərarlaşan kriptovalyutalardan ən böyük artım isə “Polkadot”da olub.
Kriptovalyuta bazarının toplam dəyəri 1,63 trilyon dollar həddində qərarlaşıb.