BMT daha 120 əməkdaşını Əfqanıstandan təxliyə etdibackend
Dünya
352

BMT daha 120 əməkdaşını Əfqanıstandan təxliyə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT daha 120 əməkdaşını və qeyri-hökumət təşkilatlarının nümayəndələrini Əfqanıstandan Qazaxıstana təxliyə edib.

Sfera.az xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrikin açıqlamasında deyilir.
“BMT avqustun 22-də Əfqanıstanda 120 nəfəri Əfqanıstanın paytaxtı Kabildən çıxararaq Alma-Ataya aparıb, bu son həftə ərzində ikinci belə aviareysdir. Sərnişinlər arasında BMT əməkdaşları və Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı müttəfiqi olan bir neçə qeyri-hökumət təşkilatının üzvləri var”, – açıqlamada deyilir.

 

“Birləşmiş Millətlər diqqətini özünün minlərlə əməkdaşının və müttəfiqlərinin təhlükəsizliyinin təminatına yönəldib, köməyə ehtiyacı olan milyonlarla əfqana “kritik əhəmiyyətli humanitar və digər yardımlar üzərində işləyir”, – Dujarrik qeyd edib.
Qeyd edək ki, ötən həftə BMT-nin təxminən 100 əməkdaşı məsafəli iş rejimində çalışmaq üçün təyyarə ilə Kabildən Alma-Ataya aparılıb.