Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycanda kənd təsərrüfatında innovasiyanın tətbiqində kiçik də olsa, rol oynamasından məmnundur və daha geniş iqlim dəyişikliyi gündəmində Azərbaycana dəstəyini davam etdirəcək.
Bunu Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) tərəfindən maliyyələşdirilən “Gənc Aqrosahibkarlar” layihəsinin Bağlanış Konfransında Böyük Britaniyanın Bakıdakı səfirliyinin missiya rəhbərinin müavini Edvard Evans deyib.
O, bildirib ki, Böyük Britaniya Azərbaycanla ikitərəfli münasibətlərdə iqlim dəyişiklikləri və enerji keçidi məsələlərinə xüsusi əhəmiyyət verir.
“Böyük Britaniya ötən il Bakıda keçirilən COP29 tədbirində yüksək səviyyədə iştirak etmişdir. Bunların arasında Böyük Britaniyanın baş nazirinin Azərbaycana ilk səfərini nümunə olaraq göstərmək olar.
“Nümayəndə heyətimiz iqlim maliyyələşdirilməsi ilə bağlı sazişin əldə olunmasını təmin etmək üçün Azərbaycanla sıx əməkdaşlıq edir”, – Edvard Evans qeyd edib.
// APress.az