Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş katibi Antonio Quterreşin Ukraynaya səfərini təxirə salıb.
“Apress.az” xəbər verir ki, bu barədə məlumatı Ukrayna liderinə yaxın yüksəkvəzifəli mənbəyə istinadən “France-Presse” agentliyi yayıb.
Bildirilib ki, buna səbəb Quterreşin Kazanda keçirilən BRICS sammitində iştirak etməsi olub: “Quterreş Kazandan sonra Ukraynaya gəlmək istəyirdi. Lakin prezident onun səfərini təsdiq etmədi”.
“RBK-Ukraina” Zelenskinin Ofisinin sözügedən məlumatı təsdiq etdiyini qeyd edib.
Xatırladaq ki, oktyabrın 22-dən 24-nə qədər Kazanda BRICS sammiti baş tutub. Quterreşin həmin tədbirdə iştirakı Ukraynanın narazılığına səbəb olub.