Bu avtomobillər bahalaşır – SİYAHIbackend
İqtisadiyyat
31

Bu avtomobillər bahalaşır – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyada istehsal edilən avtomobillərin qiyməti yüksəlir. 
Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qiymət artımlarına səbəb qara və əlvan metalların bahalaşması, məzənnə dəyişikliyi, eyni zamanda “çip” çatışmazlığıdır.
Hazırda Rusiyada “Toyota”, QAZ, “Volkswagen”, “Nissan”, “Hyundai”, “Mazda”, “Great Wall”, VAZ şirkətlərinin avtomobil modelləri istehsal edilir.
Avtomobil istehsalçıları xammalın bahalaşması ilə əlaqədar istehsal xərclərinin 5-10 faiz intervalında yüksələcəyini proqnozlaşdırır. Bahalaşma ilin ikinci yarısında bir qədər də güclənəcək.
Rusiyada qiymət artımları Azərbaycanda da hiss olunur. Artıq “Avtovaz” şirkəti qiymətləri artırıb. Şirkətin müxtəlif minik avtomobil modellərində qiymətlər 4 faizə qədər yüksəlib.
İlin sonuna kimi avtomobillərin bir qədər də bahalaşması güman edilir. Bahalaşmanın “Granta” və “Vesta”da 3 faiz, “Lada”da 4 faiz, ”Niva Legend”a da 4,25 faiz olacağı proqnozlaşdırılır.