Bu dövlət rüsumları ilə bağlı qayda dəyişdibackend
Cəmiyyət
238

Bu dövlət rüsumları ilə bağlı qayda dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arbitrajla əlaqədar ərizələrə görə müəyyənləşən dövlət rüsumları qaydası dəyişib.

“Apress.az” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Arbitraj haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanunun icrası ilə əlaqədar “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən arbitraja münasibətdə yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizənin verilməsinə görə 100 manat, müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə 50 manat, Arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizənin verilməsinə görə 100 manat, yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizənin verilməsinə görə 50 manat rüsum müəyyən edilir.

İclasda bildirilib ki, digər məcəllə və qanunlara edilən dəyişikliklər isə uyğunlaşdırma xarakteri daşıyır.

Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.