Bu gün “Diamond Motors”la bağlı qərar veriləcəkbackend
Cəmiyyət
160

Bu gün “Diamond Motors”la bağlı qərar veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Sumqayıt Apellyasiya Məhkəməsində “Mitsubishi” avtomobil mərkəzi “Diamond Motors”la bağlı işə baxılacaq.

Apress.az Tribunainfo.az-a istinadən xəbər verir ki  xəbər verir ki, “Diamond Motors” ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır. Belə ki, MMC İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

MMC ilə bağlı keçirilmiş ötən iclasln nəticəsinə əsasən qərar dəyişdirilib. Bu gün qərar veriləcəyi gözlənilir.

Qeyd edək ki, “Diamond Motors” MMC şirkətinin rəhbəri Elçin Əsədovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.