Bu imtahanlar əvvəlkilərə nisbətən daha çətin olacaqbackend
Təhsil
210

Bu imtahanlar əvvəlkilərə nisbətən daha çətin olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət qulluğunda ümumi səriştələrin qiymətləndirilməsi üçün beynəlxalq təcrübədə geniş istifadə olunan yeni alət – situasiya mühakimə testləri üzrə tapşırıqlar hazırlanır. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan səriştə (kompetensiya) modelinin tətbiq olunması ilə bağlı hazırlıq işləri davam edir.

Bildirilib ki, DİM elektron imtahanlar korpusunda yeni qiymətləndirmə alətlərinin keyfiyyət parametrlərinə uyğunluğunu araşdırmaq məqsədilə sınaq imtahanı təşkil olunub. Sınaq prosesinə müxtəlif mərkəzi icra hakimiyyəti orqanlarında işləyən dövlət qulluqçuları və ehtiyat kadrlar cəlb olunublar.

Modern.az mövzu ilə bağlı dövlət qulluğu üzrə ekspert Ələsgər İsmayılovla həmsöhbət olub.

Onun sözlərinə görə, bu dəyişiklik ilə kadrların sahələr üzrə ixtisaslaşması müəyyənləşəcək:

“Burada yeni sistemə əsasən nəzərdə tutulub ki, sırf olaraq situasiya tipli mövzularla bağlı test tapşırıqları salınsın. Bu da hazırlaşan namizədlər üçün daha faydalı olacaq. Eyni zamanda bu dəyişiklik dövlət qulluğunda ixtisaslaşmaya konkret şəkildə xüsusi təsir göstərəcək”.

Bu dəyişikliklə əzbərçiliyin qarşısı alınmış olacaq:

“Əvvəlki formaya nisbətən bu imtahanlar daha təkmil və daha çətin olacaq. Amma nəticə etibarilə ixtisaslaşmış kadlar əldə ediləcək”.