Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çisekedi Bakıya gələcək.
Apress.az-ın məlumatına görə, o, Bakıda keçiriləcək COP29 sammitində iştirak edəcək.
Məlumatı Konqo Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İvan Vanqu Nqimbi verib.
COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran səfir Konqo Demokratik Respublikasının Prezidentinin bu tədbirdə iştirak edəcəyini vurğulayıb.
Prezident İlham Əliyev Konqo Prezidentinin COP29 tədbirində iştirak edəcəyindən məmnunluğunu bildirib.