Neftçala, Saatlı və Salyanda əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə mənzil veriləcək.
Apress.az xəbər verir ki, “Sosial Xidmətlər Agentliyi” bununla bağlı tender keçirir.
Agentlik Neftçalada 20 ədəd üçotaqlı, Saatlıda 27 ədəd ikiotaqlı və 18 ədəd üçotaqlı, Salyanda 44 ədəd üçotaqlı mənzil olmaqla ümumilikdə 109 mənzil satın alınmasını planlaşdırıb. Tenderin ehtimal edilən dəyəri 10,5 milyon manatdır.(APA)