Bu rayonun da hərbi komissarı həbs edildibackend
Cəmiyyət
220

Bu rayonun da hərbi komissarı həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon bölməsinin rəisi vəsifəsini icra edən polkovnik-leytenant Xəyyam Babayev saxlanılıb.

“Apress.az”ın əldə etdiyi məlumata görə, polkovnik-leytenant külli miqdarda rüşvət almaqda ittiham olunur.

X.Babayev bundan əvvəl Xidmətin Goranboy, daha sonra Ağdam rayon bölməsinin rəisi olub.

İş üzrə ilkin istintaq aparılır.

***
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Xəyyam Babayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu yaxınlarda bir neçə indiki və sabiq hərbi komissar mənimsəmə və rüşvət almaya görə həbs edilib.

Sail Ağasəlim