Bu sistemdə rüşvətsiz gün olacaqmı? – Yevlax “MERO”-da rüşvət faktı – Videobackend
Cəmiyyət
694

Bu sistemdə rüşvətsiz gün olacaqmı? – Yevlax “MERO”-da rüşvət faktı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BDYPİ-də rüşvətin ən çox tüğyan etdiyi sahə dövlət nömrə nişanlarını və sürücülük vəsiqələrini verən orqanlarıdır.

BDYPİ-də baş verən qanunsuzluqlarla bağlı dəfələrlə məlumatlar verilib və həmişə də qurumun neqtiv fəaliyyətini obyektiv olaraq işıqlandırmışıq. Bu gün də 7 saylı Yevlax Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsində baş verən rüşvətxorluq və qanunsuzluqlar barədə məlumat daxil olub.

İddia olunur kı, Yevlax Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinin rəisi vəzifəsinə yeni təyin olunan polis polkovnik leytenantı Cavanaşir Vəliyev texniki baxışın qiymətini iki dəfə qaldırıb…

Bu barədə mediaxeberleri.az-a məlumat verən Ucar sakini bildirib ki, Cavanşir Vəliyev avtomobillərin texniki baxış rüsumunu 85 manata qaldırıb. Dövlət rüsumu 30.40 qəpik olan texniki baxışın bu qədər qaldırılmasının səbəbi yeni təyin olunan rəisin tapşırığı ilə həyata keçirilir.

Bu yaxınlarda sosial şəbəkələrdə Yevlax Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsində baş verən rüşvət qalmaqalının görüntüləri yayılmışdı. Bundan narahat olan “MERO” işçiləri həmin görüntüləri sosial şəbəkələrdən sildirməyə nail olmuşdular.

Qeyd edək ki, bu vəzifəyə qədər o, 9 saylı Gəncə Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinin rəisi vəzifəsində çalışıb.

Həmin görüntüləri sizlərə təqdim edirik: