Buraxılış imtahanları asan olacaq? – Ekspertdən AÇIQLAMAbackend
Təhsil
202

Buraxılış imtahanları asan olacaq? – Ekspertdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buraxılış imtahanlarının tarixi artıq abituriyentlərə məlumdur. Keçən il keçirilən buraxılış imtahanlarında 53 nəfər maksimal bal toplayaraq ən yüksək nəticə göstərib.

Ekspertlər bu göstəricini imtahanlar asan olması ilə əlaqləndirib. Bəs bu il gözləntilər nələrdir?

Apress.az xəbər verir ki Modern.az-a danışan elm və təhsil eksperti Elçin Əfəndi bildirib ki, ötən il buraxılış imtahanında son illər ərzində ən yüksək göstərici əldə edildi:

“2019-cu ildə kurikulum əsaslı modelə keçid edildiyindən bəri ən yüksək göstərici ötən il qeydə alındı. 2025-ci ildə əvvəlki illərdəki sual model tipləri ilə daha çox işləyən abituriyentlərin yenə də uğurlu olacağını demək olar. Keçən ilki göstərici olan 53 sayını keçmək bir qədər real səslənməyə bilər, amma ən azı ötən ilki nəticəni təkrarlamağa cəhd edən abituriyentlər olacaq”.

Ekspertin sözlərinə görə, imtahan formatında müəyyən dəyişikliklərin olması daha müsbət nəticələrin əldə edilməsinə şərait yarada bilər:

“Uğurlu abituriyentlər var ki, blok imtahanında səhv cavabların doğru cavabları aparmasına görə hələ də tərəddüdlə yanaşırlar. Amma buraxılış imtahanında belə bir problem olmadığı üçün abituriyentlər əsasən yazılı suallardan qaçırlar. Dövlət İmtahan Mərkəzi müəyyən abituriyentlərin açıq sualları cavablandırarkən tərəddüd etməmələri üçün maarifləndirmə aparmalıdır. Bəlkə belə olan halda bilik və bacarıqlarını göstərməyə çalışan abituriyentlərin imtahan nəticələri daha yaxşı ola bilər. Belə bir çağırışın mart ayın 2-si yaxud 9-a qədər, hətta 6 aprel tarixinə qədər edərək abituriyentləri motivasiya etmək olar. Belə olan halda yeni rekord qeydə alına bilər”.

E.Əfəndi qeyd edib ki, bir neçə müddət əvvəl buraxılış imtahanında abituriyentlərə tanış olmayan mövzu salınmışdı:

“Abituriyentlər həmin mövzunu tərəddüdlə yazdıqları üçün müəyyən qədər problem yaşamışdılar. Belə mövzular olmasa, abituriyentlərə salınan mətnlər onlara tanış olan mövzular üzərindən salınarsa, o zaman daha yaxşı nəticə əldə etmək olar. Həmçinin imtahanda mətnlərin bir qədər qısa olması Dövlət İmtahan Mərkəzinin diqqətində olmalıdır. Mətnlərin qısa olması abituriyentlərin əlavə vaxt itkisinə gətirməz. Belə olan halda da yüksək bal toplayan abituriyentlərin çoxluğu qeydə alına bilər”.