Cənubi Koreya Prezidenti Yun Sok Yol hərbi vəziyyətin elan olunmasına görə xalqdan üzr istəyib.
Apress.az xarici KİV-ə istinadən məlumat verir ki, dövlət başçısı televiziya ilə müraciətində hərbi vəziyyətin elanına görə hüquqi və siyasi məsuliyyətdən boyun qaçırmayacağını deyib.
Qeyd edək ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol müxalifəti qiyamın hazırlanmasına yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Amma parlamentdə üstünlüyü olan müxalifətin səyi ilə Milli Assambleyada keçirilmiş gizli səsvermədə Prezidentin hərbi vəziyyət qərarı rədd edilib.