Çin iyulda rekord həcmdə çip istehsal etdibackend
Dünya
416

Çin iyulda rekord həcmdə çip istehsal etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Çində yarımkeçirici istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə iyulda 41,3 % artaraq 31,6 milyard ədədə çatıb.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bu, yeni aylıq rekorddur və istehsal güclərinin artırılması ilə əlaqədardır.
Bu ilin ilk yeddi ayı ərzində Çində 203,6 milyard ədəd çip istehsal olunub ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 47,3 % çoxdur.
Məlumata görə, Çin ABŞ-la texnoloji mübarizəni gücləndirməyə hazırlaşdığı üçün çip istehsalı cari beşillik planın prioritet sahəsidir. Çiplərə olan qlobal defisit şəraitidə ölkənin yarımkeçirici istehsalçıları maksimal dərəcədə istehsal güclərini artırmağa çalışır. Eyni zamanda maliyyələşmə çatışmamazlığı üzündən dayandırılan bəzi layihələr də bərpa edilir.
Belə ki, Tszyansu əyalətində yarımçıq qalan fabrika layihəsi olan “Huaian Imaging Device Manufacturer Corporation” iyulun 7-də virtual auksionda 260 milyon ABŞ dollara “Rongxin Semiconductor” dövlət şirkətinə satılıb. Analitiklər hesab edir ki, bu, Çində çip istehsalı üzrə müflis olmuş müəssilərin bərpası üçün nümunə ola bilər.