Çin hakimiyyəti ölkədə baş verən güclü zəlzələdən sonra fövqəladə vəziyyət rejimi tətbiq edib.
Apress.az xəbər verir ki, bu barədə Çinin rəsmi kanalları məlumat yayıb.
Hadisə ilə əlaqədar bölgədə 4 dərəcəli sistemdən ikinci dərəcəli fövqəladə vəziyyət rejimi elan olunub.
Qeyd edək ki, zəlzələ zamanı 53 nəfər həlak olub, daha 62 nəfər isə yaralanıb.