Çirkli hava ruhi xəstəliklərə səbəb olur – ARAŞDIRMAbackend
Dünya
345

Çirkli hava ruhi xəstəliklərə səbəb olur – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlərin araşdırması nəticəsində məlum olub ki, hava çirkliliyi ruhi xəstəliklərin yaranmasına səbəb  olur.

APress.az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda 13 min adamın iştirak etdiyi araşdırmada azot dioksid təsirinin kiçik bir artımının müalicəyə ehtiyac riskinin 32% və xəstəxanaya yerləşdirilmə riskinin 18% artmasına səbəb olduğu təsbit edilib.

Son araşdırmalar göstərir ki, hava çirkliliyində kiçik artımlar depressiya və narahatlığın əhəmiyyətli dərəcədə artması ilə bağlıdır.  Çirkli hava  həmçinin də,  intiharların artmasına səbəb olur.

2019-cu ildə edilən bir araşdırmada  isə  göstərilir ki,  çirkli hava insan orqanizmindəki hər orqana zərər verə bilər.

Unikal.org