Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) elmi uğurlarını ildən-ilə artıraraq, tədqiqat sahəsində də mövqeyini gücləndirir.
Apress.az xəbər verir ki, son illərdə yüksək keyfiyyətli beynəlxalq bazalarda UNEC tədqiqatçılarının məqalələrinin sürətli artımı bunun bariz nümunəsidir. Belə ki, UNEC-in “Web of Science”də çap olunan məqalələrinin sayı cari ilin keçən dövründə 2015-ci illə müqayisədə 226 dəfə, həmin məqalələrə edilən istinadların sayı isə 360 dəfə artıb. Bununla yanaşı, ən yüksək keyfiyyətli Q1-də çap olunmuş məqalələrin sayında isə son yeddi ildə 63 dəfə artım qeydə alınıb.
“Clarivate” şirkətinin nümayəndəsi Valentin Bogorov UNEC-in bu uğurunu xüsusi vurğulayaraq, dünyada belə bir uğura imza atmış ikinci bir universitetin olmadığını və UNEC-in dünyada lider olduğunu bildirib.