COP29 bitəndən sonra zolaqlar ləğv olunacaq?backend
Cəmiyyət
187

COP29 bitəndən sonra zolaqlar ləğv olunacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COP29 tədbirindən sonra heç bir avtobus, velosiped və digər xüsusi zolaqlar ləğv olunmayacaq.

Bunu “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov deyib.

“COP29-un əməliyyat tədbirləri, nəqliyyat əməliyyatlarının səmərəli təşkili üçün müəyyən zolaqlar təşkil olunub ki, onlarda COP29 loqoları var. Həmin loqolar tədbirdən sonra silinəcək. Onlar artıq nəqliyyat vasitələrinin hərəkət zolağı kimi fəaliyyət göstərəcək. Loqolar isə qırıq-qırıq nişanlanma xətləri ilə əvəz ediləcək. Həmin zolaqların bəzilərinin isə ümumi zolaq şəbəkəsinə daxil edilməsi nəzərdə tutulur”, – o bildirib.

Qeyd edək ki, artıq Bakıda 31 küçə və prospektdə 89 km xüsusi hərəkət zolağı təşkil edilib. Müxtəlif ərazilərdə təşkil edilən həmin zolaqlarla gün ərzində 68 minə yaxın avtobus hərəkət edir və 900 mindən çox sərnişin daşınır.

Lamiyə Məmmədova