“Dediklərinizin arxasında fakt yoxdur” – Parlamentdə gərginlikbackend
Parlament
213

“Dediklərinizin arxasında fakt yoxdur” – Parlamentdə gərginlik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hər il tibb universitetini nə qədər həkim bitirir. Niyə onlara təyinat vermirlər ki, gedib 2-3 il rayonda işləsinlər?”

“Apress.az” xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

“Bu gün Xankəndidə işləmək üçün qırğın gedir. Niyə? Çünki evlə təmin olunurlar, yaxşı maaş verilir. Bu, digər rayonlara da tətbiq edilsin. Tibb Universitetini bitirənlər təzədən DİM-də imtahan verməsinlər. Bu, universitetin diplomuna inanmamaqdan irəli gəlir. Tibb Universitetinin məzunlarına təyinat verilsin, lap məcburi qaydada rayonda işləsinlər”.

Sahibə Qafarova isə Aqil Abbasın fikirlərinə etirazını bildirib: “Aqil müəllim, dediklərinizin arxasında fakt yoxdur. Xahiş edirəm, rəsmi statistika təqdim edin. Səyyad müəllim də, siz də deyirsiniz ki, həkim yoxdur. Bunu rəsmi statistika ilə əsaslandırın”.

Qeyd edək ki, deputat Səyyad Salahlı Azərbaycanda həkim çatışmazlığı olduğunu, onların maaşa görə işləməyə xaricə üz tutduğunu bildirib.

***

Deputat Əhliman Əmiraslanov qeyd edib ki, həmkarlarının dediklərində həqiqət var: “Çünki kadr çatışmazlığı doğrudan da var.
Bu, bizi narahat edən məsələdir. Bu məsələlər hamısı aktualdır. Lakin Azərbaycanda səhiyyənin tamamilə aşağı olması fikri ilə razılaşmıram.

İcbari Tibbi Sığorta işləyir, insanların İTS-dən məmnunluğu artır. Bunlar get-gedə artır. Lakin həmkarım Aqil Abbasın həkimlərin təyinatı ilə bağlı fikirlərinə aid deyə bilərəm ki, Azərbaycanda təyinat məsələsi var. Bu, rezidentura çərçivəsində olur”.

Nuranə Daxilqızı