“Dəmir yumruq və onun qəhrəmanları” layihəsinə start verildibackend
Gündəm
512

“Dəmir yumruq və onun qəhrəmanları” layihəsinə start verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən (05.10.2022) etibarən Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin (DAVİB) “Dəmir yumruq və onun qəhrəmanları” adlı layihəsinin icrasına başlanıldı.

Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyi (DAVİB) icra etdiyi layihə vasitəsilə müxtəlif təhsil ocaqlarında uşaq və yeniyetmələr arasında vətənpərvərlik ruhunun aşılanmasını məqsəd kimi həyata keçirir. Layihə iki ay müddətində Bakı şəhərində fəaliyyət göstərən bir neçə təhsil ocaqlarında icra olunacaq.

İlk tədbir 5 oktyabr 2022-ci il tarixində Laçın rayonu 13 nömrəli tam-orta məktəbibdə baş tutdu. Tədbir iştirakçıları onlara paylanılmış bukletlər vasitəsilə layihənin məqsədi, təşkilat haqqında bilgilərdən savayı o cümlədən, 44 günlük müharibənin, Dəmir Yumruq əməliyyatının qələbəyə aparan qəhrəman övladları haqda da, Azərbaycan Ordusunun günü-gündən qüdrətlənməsindəndə çıxışçılar tərəfindən geniş məlumat verilmişdir. Layihədə fəal iştirak etdiklərinə görə iştirakçılara SERTİFİKATlar təqdim edildi. Layihənin sonunda layihədə iştirak edən 30 nəfərdən çox iştirakçıları üçün çay süfrəsi açıldı.

Layihə davam edir.