Dənizdə batan 10 yaşlı uşağın meyiti TAPILDIbackend
Cəmiyyət
284

Dənizdə batan 10 yaşlı uşağın meyiti TAPILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 25-də Sumqayıt şəhərində, dənizdə batan 2011-ci il təvəllüdlü Qələndərli Hüseyn İzmir oğlunun axtarışları başa çatıb.

Bu barədə APress.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, H.Qələndərlinin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.