Dənizdə batan şəxsi xilas etmək istəyən polis ÖLDÜbackend
Cəmiyyət
468

Dənizdə batan şəxsi xilas etmək istəyən polis ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən saat 18 radələrində Xəzər dənizində boğulmaq təhlükəsi ilə üzləşən şəxsi xilas etməyə çalışan gənc polis əməkdaşı öz həyatını da itirib.

DİN Mətbuat xidmətindən APress.az-a verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayının polis nəfəri, 21 yaşlı İbrahim Əlosmanov Xəzər rayonundakı “Mayak” çimərliyində bir nəfərin suda boğulduğunu görür və onu xilas etmək üçün dərhal özünü dənizə atıb.

Lakin dərinlik və yüksək dalğalar ona mane olub. Polis əməkdaşı həyatını xilas etməyə çalışdığı 45 yaşlı Rövşən Qasımovla birlikdə həlak olub.