Dekabrın 6-da Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa və deputat Məlahət İbrahimqızı Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.
Apress.az-ın məlumatına görə, deputatlar burada Beynəlxalq İnkişaf və Əməkdaşlıq Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək “Naxçıvan Muxtar Respublikasının 100 illiyi” və “Qərbi Azərbaycana qayıdış siyasəti” adlı tədbirlərdə iştirak edəcəklər.
Dekabrın 8-də isə deputat Məlahət İbrahimqızı UNESCO-nun İrqçiliyə və ayrıseçkiliyə qarşı 4-cü Qlobal Forumunda iştirak etmək üçün İspaniyanın Barselona şəhərinə yola düşəcək.
Forumda irqçiliklə mübarizə, gender bərabərliyi, sülh, ədalət və inklüziv siyasət kimi mövzularda müzakirələr aparılacaq.