Deputatlığa namizəd Gülpəri Bayramova ağsaqallarla görüşüb – FOTOLARbackend
Gündəm
543

Deputatlığa namizəd Gülpəri Bayramova ağsaqallarla görüşüb – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədri Gülpəri Bayramova dairənin ərazisində yaşayan ağsaqqallarla görüşüb.

Seçki platforması və deputat seçiləcəyi təqdirdə görəcəyi işlər barədə danışan deputatlığa namizəd qeyd edib ki, onun özü də bu dairənin ərazisində yaşayır və Yasamal əhalisinin problemlərindən xəbərdardır. Deputat seçiləcəyi təqdirdə hər bir seçici ilə intensiv təmaslar təşkil edəcək qərargahı vasitəsilə, həm “Qaynar xətt”, həm də virtual platformalar üzərindən mütəmadi əlaqə saxlayacaq: “Yasamalın hərtərəfli inkişafına dəstək olmaq, sakinlərin rifahını daha da yaxşılaşdırmaq üçün iş adamlarının iştirakı ilə Yasamal Təhsil Fondu və Yasamal Karyera Mərkəzi təsis etmək niyyətindəyik. Bu Fond və Mərkəz vasitəsilə qarşılaşacağımız problemləri aradan qaldıracaq, aztəminatlı ailələrin təhsil haqlarının ödənməsinə yardımçı olacaq və əhalinin məşğulluq problemini aradan qaldırmağa nail olacağıq”- deyə, G.Bayramova bildirib.

Yasamal rayonu, Akademik Şəfayət Mehdiyev küçəsinin ağsaqqal sakinləri gənc namizədə xeyir-deyir veriblər. Onlar parlamentin gəncləşməsinin vacibliyini bildirərək, 1 sentyabr növbədənkənar parlament seçkilərində Gülpəri Bayramovaya səs verəcəklərini vurğulayıblar. Deputatlığa namizədin Yasamal Təhsil Fondu və Yasamal Karyera Mərkəzi təşəbbüslərini alqışladığını, “Qaynar xətt” vasitəsilə seçicilərlə nəzərdə tutduqları təmaslarını yüksək qiymətləndiribilər.

Xatırladaq ki, 29 yaşlı deputatlığa namizəd Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədridir. Rəhbəri olduğu qurumda ölkəmizin nüfuzlu iş adamları və 100-dən artıq şirkət kollektiv şəkildə təmsil olunur. Əsas fəaliyyət istiqaməti “Made in Azerbaijan” brendinin təşviqi olan BPC azərbaycanlı sahibkarların Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Çin və digər ölkələrə səfərlərini təşkil edərək, biznes tərəfdaşları ilə anlaşma müqavilələri imzalamasına nail olub. Səudiyyə Ərəbistanının, Küveytin, İordaniyanın, Meksikanın,  İraqın və Qətərin Azərbaycandakı diplomatik korpuslarında səfirlərlə azərbaycanlı sahibkarların görüşünü təşkil edib.

Azərbaycanın dövlət qurumları, vətəndaş cəmiyyəti insitutları, biznes təşkilatları və kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq müqavilələri əsasında fəaliyyət göstərən Gülpəri Bayramova Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2022-ci ildə “İlin uğurlu sahibkarı” nominasiyası üzrə təltif edilib. Mükafat mərasimində Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və yüksək rütbəli dövlət rəsmiləri iştirak edib. “Made in Azerbaijan” brendinin təşviqindəki xidmətlərinə görə, müxtəlif beynəlxalq mükafatlara layiq görülüb. Kənd təsərrüfatı eksperti olaraq aqrar sektorun inkişafı ilə bağlı mətbuatda yüzlərlə məqaləsi dərc olunub. Kənd təsərrüfatı naziri və nazirlik rəsmiləri ilə görüşündə səmərələşdirici təkliflərini təqdim edib.