DİM imtahanlar üçün dövlət rüsumlarını qaldırıb.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Belə ki, qeydiyyat zamanı bakalavr pilləsinə sənəd qəbulunda iştirak etmək istəyən əvvəlki illərin məzunlarından 45 AZN, blok imtahanlarının 2-ci cəhdində iştirak edənlərdən isə 50 AZN tələb olunur.
Buna səbəb Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2022-ci il tarixli 270 nömrəli qərarına əsasən, tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərə görə müəyyən edilmiş güzəştli tariflərin müddətinin (2023 və 2024-cü il) başa çatması olub.
Qeyd edək ki, cari ilin məzunları və imtahanda ilk dəfə iştirak edənlər, həmçinin müəyyən güzəşt kateqoriyasına aid olan şəxslər ödənişdən azaddır.
//APress.az