Diplomatların qarşısında duran əsas çağırışlar AÇIQLANDIbackend
Cəmiyyət
194

Diplomatların qarşısında duran əsas çağırışlar AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diplomatlarımız son 30 ildə çox mürəkkəb, bəzən təhlükəli şəraitdə çalışaraq ölkəmizin milli maraqlarını müdafiə ediblər və etməkdədirlər.

Apress.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Fariz İsmayılzadə “Diplomatik xidmət haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Deputat zəfər əldə etmiş ölkəmizin qarşısında yeni çağırışlarən durduğunu qeyd edib:

“Ölkəmizinn rəqəmsal təhlükəsizliyinin qorunmasında yeni çağırışlar yaranıb. Qarabağa qayıdış və yenidənqurma işləri fəal təbliğ olunmalıdır. Yeni ticarət əlaqələrinin güclənməsinə səfirlərimiz daha çox diqqət yetirməlidir. Diplomatlarımızın təhlükəsizliyini, internet resurslarından istifadə ilə bağlı maddələrin də qanuna əlavə edilməsini təklif edirəm”.