Dollar BAHALAŞACAQbackend
İqtisadiyyat
370

Dollar BAHALAŞACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da inflyasiya səviyyəsinin yüksəlməsi və məşğulluğa dair göstəricilərin xeyli yaxşılaşması mərkəzi bank funksiyasını yerinə yetirən FED-in pul-kredit siyasətini bir qədər sərtləşdirəcəyinə ilə bağlı gözləntiləri artırıb.

APress.az bildirir ki, bu gözləntilər son bir neçə gündə dolların bahalaşmasına səbəb olub.
Hazırda Dollar İndeksi 93,075 səviyyəsindədir. Mövcud səviyyə sonunca dəfə 2021-ci ilin aprelində müşahidə edilib.
Dollar İndeksinin yüksəlməsi əsas valyutaların ucuzlaşmasına səbəb olub. Bu gün dollar/yen 110 səviyyəsinə yüksəlib, avro/dollar kursu 1,17 həddinə düşüb, funt/dollar 1,38 səviyyəsinə düşüb.

 

Qeyd edək ki, FED iqtisadi aktivliyi artırmaq üçün hər ay bazarlara 120 milyard dollarlıq maliyyə dəstəyi verir. Bununla əlaqədar dolların kursu digər valyutalarla müqayisədə aşağı düşüb. ABŞ analitikləri hesab edir ki, maliyyə dəstəyi 2021-ci ildə azaldılacaq, 2022-ci ildən isə faizlər artırılacaq. Maliyyə bazarlarına dəstəyin zəiflədilməsinin ardından dolların bahalaşacağına dair inam güclənir.