“Dövlət bağçalarının əksəriyyəti saat 18:00 olan kimi valideynlərdən övladlarını götürməyi tələb edir”backend
Cəmiyyət
356

“Dövlət bağçalarının əksəriyyəti saat 18:00 olan kimi valideynlərdən övladlarını götürməyi tələb edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dövlət bağçalarının əksəriyyəti 18:00 olan kimi valideynlərdən övladlarını götürməyi tələb edir. Əslində nizamnamələrində son uşaq götürülənə kimi tərbiyəçinin qalması qeyd olunubsa, niyə buna əməl edilmir?”

 

AZXEBER.COM xəbər verir ki, bu sözləri Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə deyib.

 

 

 

Təşkilat sədri deyib ki, valideynlər bu məsələdən çox narahatdır:

 

“Uşağını tək böyüdən ana 18:00-19:00-da işdən çıxırsa və yolda itirdiyi vaxtı nəzərə alaraq bu tələbi yerinə yetirməyi mümkünsüz olur. Nəzərə almaq lazımdır ki, ananın övladını əmanət edəcəyi bir kimsəsi yoxdur. Bir tərbiyəçiyə maaş əlavəsi verməklə bu mexanizmi qurmaq mümkündür. Amma təəssüf ki, bu çərçivədə heç bir nəzarət mexanizmi yoxdur. Son bir ayda 5-ci müraciətlə qarşılaşırıq.

 

O aidiyyatı qurumlara da müraciət edib: “Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Təhsil Nazirliyi məsələyə müdaxilə edilməlidir. Himayəsində azyaşlı övladı olan tək valideynlər min bir əziyyətlə iş tapıb ailəsini maddi təmin etməyə çalışır”.