DSMF-nin investisiyasının həcmi açıqlandıbackend
Cəmiyyət
424

DSMF-nin investisiyasının həcmi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sosial Müdafiə Fondu artıq 1 milyard 475 milyon manata yaxın vəsaiti investisiya edib.

Apress.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Nazir müavini bildirib ki, investisiya siyasətləri olduqca konservativdir: “Bizim üçün ən əhəmiyyətli məsələ ictimai fondların vəsaitidir. Biz burada daha çox risklərin idarə olunmasına köklənmişik. Bu baxımdan dövlət qiymətli kağızların alışı, xüsusilə Maliyyə Nazirliyinin buraxdığı istiqrazların alışı, eləcə də Mərkəzi Bankın buraxdığı qiymətli kağızların alışına fokuslanmışıq. Burada da bazar və formalaşan faiz dərəcələri var. İstiqrazları fond birjasında və bazarın tələblərinə uyğun olaraq formalaşmış qiymət əsasında alınır. Faizlərin aşağı düşməsi digər riskli alətlərə müraciət üçün stimul olmayacaq. Siyasətimiz konservativ və ehtiyatlıdır”.