Dünya Bankı Əfqanıstana yardımlarını dayandırdığını açıqlayıb.
Sfera.az xəbər verir ki, bu barədə Dünya Bankının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Əfqanıstandakı vəziyyətdən və bunun xüsusən də qadınların inkişaf perspektivlərinə təsirindən dərin narahatlıq hissi keçirilir.
“Əfqanıstandakı əməliyyatlarımızda ödəmələri dayandırdıq, vəziyyəti daxili siyasətimizə və prosedurlarımıza uyğun olaraq yaxından izləyirik və qiymətləndiririk”, – deyə açıqlamada diqqətə çatdırılıb.
Bankın beynəlxalq ictimaiyyət və inkişaf tərəfdaşları ilə sıx məsləhətləşmələr aparmağa davam edəcəyi qeyd olunub. Çətinliklə qazanılan inkişaf mənfəətlərini qorumaq, eləcə də Əfqanıstan xalqını dəstəkləməyə davam etmək üçün yolların araşdırıldığı vurğulanıb.